Talış kəndində də bayram tədbiri keçirilir – FOTOLAR

Tərtərin Talış kəndində 30 ildən sonra ilk dəfə bayram şənliyi keçirilir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Talış kəndinə yeni köçən ailələr üçün təşkil olunan şənlikdə milli oyunlar, folklor nümunələri sərgilənir.

Kəndirbazlar ip üzərində oynayıb, pəhləvanlar qurşaq tutub. Yerli incəsənət adamları müxtəlif musiqi nümunələri ifa edir.

Tədbir iştirakçıları Qarabağ atlarının da keçidinə tamaşa edib. Bundan başqa tamaşalar da nümayiş edilib. Tədbirin gecə saatlarınadək davam etməsi planlaşdırılıb.

Talışda bayram tədbiri təşkil olunub - FOTO - YENİLƏNİB Talışda bayram tədbiri təşkil olunub - FOTO - YENİLƏNİB Talışda bayram tədbiri təşkil olunub - FOTO - YENİLƏNİB Talışda bayram tədbiri təşkil olunub - FOTO - YENİLƏNİB