İspaniya mediası Barselonadakı mənbələrinə istinadən Dani Alveşin intihar etməsi haqda xəbərin yalan olduğunu yazıb.
Globalinfo.az xəbər verir ki, bu barədə RTVE məlumat yayıb.
Məlumata görə, Barselonadakı Penitensiar Mərkəz Alveşin ölüm xəbərini təkzib edilib.
***
Dünya futbolunun əfsanəvi müdafiəçilərindən Dani Alveşin həbsxanada həyatına son qoyması haqda xəbər yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə futbolçu agenti Paul Albuquerque məlumat yayıb.
“Mənə verilən məlumata görə, Dani Alveş intihar edib”, – o bildirib.
İddia hələ ki təsdiqini tapmayıb.
Qeyd edək ki, Alveş cinsi təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.