koc%C9%99ryan

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan İrəvan-Kentron həbsxanasında təkadamlıq kamerada saxlanılır.

Globalinfo.az xəbər verir ki, bu barədə onun oğlu Levon Köçəryan məlumat yayıb.

Onun sözlərinə görə, atasına avqustun 31-də, ad günündə baş çəkmək mümkün olub.

Levon Köçəryan bildirib ki, atası təxminən 20 gün əvvəl ürək əməliyyatı keçirib və bir ay müddətində tibbi nəzarətdə saxlanılmalıdır.

Qeyd olunub ki, Robert Köçəryanla yalnız yaxın qohumlarının görüşünə icazə verilir. Həbsdə olan Sedrak Köçəryanla isə yalnız həyat yoldaşı və uşaqları görüşə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: