ucemler

Altı il öncə, Vətən müharibəsinin ilk günü dünyaya gələn üçəmlər – Mehriban, Polad və Mübariz bu il məktəbə qədəm qoyublar.

Globalinfo.az xəbər verir ki, onların məktəbli formasındakı fotoları sosial şəbəkələrdə paylaşılıb.

Hərbçi Nadir İbadovun ailəsində dünyaya göz açan oğlanlara qəhrəman döyüşçülərimizin şərəfinə Polad və Mübariz, qıza isə Mehriban adı verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu Nadir İbadov 5 illik övlad həsrətindən sonra ata olacağı xəbərini ön cəbhədə döyüşərkən (Murovdağ zirvəsinin azad olunduğu gün) almışdı.

SaveClip.App 792224126 18614334064024021 4447890918934807462 n
SaveClip.App 793027923 18614334103024021 5587106132621927651 n
Screenshot 1

Paylaş: