Bir sıra ölkələrdə istifadəçilər OpenAI şirkətinin hazırladığı ChatGPT çat-botunun fəaliyyətində problemlərin yarandığını bildiriblər.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Downdetector” xidmətinin məlumatında qeyd olunub.
Məlumata görə, ABŞ-də təxminən 35 min istifadəçi nasazlıq barədə məlumat verib. Şikayət edənlərin 80 faizi saytın fəaliyyətində fasilələrlə üzləşdiyini, 7 faizi isə mobil tətbiqdə problemlərin olduğunu bildirib.
“Downdetector” ChatGPT-nin fəaliyyətində nasazlıqların digər ölkələrdə də qeydə alındığını bildirir. Böyük Britaniyada təxminən 12 min, Fransada isə 5 min istifadəçi problemlə bağlı müraciət edib.