pasinyan gulus 111

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutub.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O, konkret hansı məhsulun ixrac edildiyini açıqlamayıb:

“Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər”.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycana məhsul tədarükü ilə bağlı məlumatların açıqlanacağını demişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: