Ermənistan Avropa İttifaqına üzvlük istiqamətində götürdüyü kursdan geri çəkilməyəcək.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun qəbul edilməsi doğru addım olub və hazırda bu istiqamətdə gedən proses müsbət qiymətləndirilir.
Baş nazir qeyd edib ki, bəzi tərəfdaşlar Ermənistana sözügedən qanunu ləğv etməyi təklif kimi irəli sürürlər. Lakin Paşinyan bunun mümkün olmadığını vurğulayıb.
“Çünki burada təkcə parlamentin deyil, Ermənistan xalqının iradəsi də var”, – deyə o bildirib.
Paşinyanın sözlərinə görə, həmin qanunun qəbulu Ermənistanın xarici siyasətində ciddi uğurlar əldə etməsinə də imkan yaradıb.
Əliyar Xəlil
Globalinfo.az