0EVfnonHfryQ0OwSOKKC9sB8B0l90vo6LzWfBNBQ 1200 Copy

Sabah Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Rüstəmov, Sarayevo, Neapol küçələrinin bir hissəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində H. Axundlu küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Paylaş: