kastro

ABŞ Kuba rəhbərliyinə qarşı yeni sanksiyalar tətbiq edib. Məhdudiyyətlərə beş Kuba təşkilatı və ölkənin keçmiş prezidenti Fidel Kastronun nəvəsi Ernesto Kastro Kalisa da daxil edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun Dövlət Departamentinin saytında yayımlanan bəyanatında bildirilib.

Sanksiya tətbiq olunan qurumların Kuba iqtisadiyyatının maliyyə, metallurgiya, mədənçıxarma və enerji sektorları ilə əlaqəli olduğu qeyd edilib. Rubionun sözlərinə görə, yeni məhdudiyyətlər Kubanın hazırkı hakimiyyətini dəstəkləyən və hökumətin ölkə iqtisadiyyatı üzərində nəzarətini qoruyub saxlamasına kömək edən şəxslərə və strukturlara qarşı yönəlib.

Sanksiya siyahısına Kubanın “Banco Exterior” bankı, həmçinin ölkənin təbii ehtiyatlarının və enerji resurslarının istismarında iştirak edən daha dörd qurum daxil edilib. Rubio iddia edib ki, Kuba xalqı ciddi iqtisadi çətinliklərlə üzləşdiyi halda, Kastro ailəsi və Daxili İşlər Nazirliyindəki tərəfdarları ölkə iqtisadiyyatı üzərində nəzarəti qoruyur və resursları hakimiyyətdəki məhdud qrupun maraqları naminə cəmləşdirirlər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: