ukrayna

Ukrayna hökuməti vətəndaşlara ən azı bir həftəlik ərzaq ehtiyatı toplamağı tövsiyə edib.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın Aqrar Siyasət və Ərzaq naziri Taras Vısotski açıqlayıb.

Nazirin sözlərinə görə, hazırkı vəziyyətdə ölkədə müxtəlif fövqəladə hallar baş verə bilər. Bu səbəbdən vətəndaşların evdə ən azı bir həftəlik ərzaq ehtiyatının olması vacibdir.

Vısotski həmçinin tədarük zəncirində yaranan problemlər səbəbindən daha uzunmüddətli ehtiyatların əvvəlcədən yaradılmasının mümkün olduğunu bildirib. Nazir ölkədə uzunmüddətli ərzaq qıtlığının gözlənilmədiyini, lakin logistika problemləri səbəbindən mağazaların təchizatında qısamüddətli fasilələrin yarana biləcəyini deyib.

Onun sözlərinə görə, anbarların zədələnməsi nəticəsində dəyən maliyyə zərəri on milyardlarla qrivna təşkil edir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: