
Amerikalı repçi Snup Doqun Ermənistanda ləğv edilən konsertinə görə ona 6 milyon dollar ödənilib.
Globalinfo.az xəbər verir ki, konsert dövlət tərəfindən maliyyələşdirilib, lakin sentyabrda Qarabağda keçirilən antiterror əməliyyatları səbəbindən təxirə salınıb.
Repçiyə proqramın ödənişi öncədən edilib və konsert təxirə düşsə də, Snup Doq bu məbləği qaytarmayıb.
Bundan sonra ölkə ictimaiyyətində repçi əleyhinə fikirlər səsləndirilib.
Əliyar Xəlil
Globalinfo.az