ss

Hindistanda Bollivud ulduzu Tayger Şroffun avtomobilinə atəş açmaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.

Hadisə oktyabrın 18-də Mumbay şəhərində Şroff futbol matçından qayıdarkən baş verib. Hücum edənlər motosikletlə yaxınlaşaraq aktyorun avtomobilini atəşə tutub, daha sonra hadisə yerindən qaçıblar.

Atışma nəticəsində Şroffun sürücüsü Firdaus və hadisə zamanı yaxınlıqdan keçən avtorikşa sürücüsü güllə yarası alıb.

Onlara tibbi yardım göstərilib. Güllələr aktyora dəyməsə də, barıt və şüşə qırıntıları əllərindən xəsarət almasına səbəb olub.

Naməlum üç nəfər barəsində qəsdən adam öldürməyə cəhd, cinayət sövdələşməsi və Silahlar haqqında qanunun müvafiq maddələri ilə cinayət işi açılıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hücuma görə hazırda həbsdə olan qanqster Lourens Bişnoyun dəstəsi məsuliyyəti öz üzərinə götürüb.

Bildirilir ki, aktyorun hədəf seçilməsinə səbəb onun əvvəllər dəstə tərəfindən təhdid edilən aktyor Salman Xanla əlaqə saxlaması olub.

gg

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: