NATO ölkələri 2 il əvvəl qərara gəldilər ki, Rusiya… – Siyarto

“Ukraynaya qoşun göndərmək Şimali Atlantika Müqaviləsi Təşkilatının müharibə ilə bağlı qərarını pozacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

Macarıstan rəsmisi alyansın hələ öncədən bu məsələ ilə bağlı qərar verdiyini bildirib:

“İki il əvvəl NATO-ya üzv ölkələr qərara gəldilər ki, təşkilat müharibə edən tərəf deyil və qurumla Rusiya arasında münaqişənin qarşısını almaq üçün hər şey edilməlidir. Qoşunların göndərilməsindən danışan Qərb siyasətçiləri NATO-nun bu qərarını pozurlar. Macarıstanın mövqeyi dəyişməz olaraq qalır, ölkə Ukraynaya əsgər və ya silah göndərməyəcək”.