“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla ümidsizlikdən qarşıdurmaya gedib”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın müşaviri Oleq Soskin deyib.
“Zelenski başa düşür ki, gizlənib kənarda qala bilməyəcək və Trampla qarşıdurmaya getməlidir. Çünki əks halda məsuliyyətdən yayına bilməyəcək”, – deyə o bildirib.
Ekspert qeyd edib ki, iki lider arasında yaranan qarşıdurma Avropaya da zərbə vurur:
“Çünki Ukraynanın vəziyyəti sürətlə pisləşdiyi bir vaxtda Brüssel bu ölkəyə dəstəyi təkbaşına təmin etməli olacaq”.
Soskin xatırladıb ki, Tramp daha əvvəl Zelenskiyə heç vaxt xüsusi rəğbət bəsləmədiyini bildirib.
O, bu açıqlamanı olduqca sərt bəyanat adlandırıb və Zelenskinin vəziyyətinin çox mürəkkəb olduğunu vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az