İrəvanda Qarabağ ermənilərini görün necə çağırırlar – İnanılmaz ifadələr

irevan 14523 900x506 1

Ermənistan parlamentinin spikeri Alen Simonyanın ötən gün erməni jurnalistlə dialoqu maraqla qarşılanıb. Jurnalist Simonyandan niyə “artsax”ı Qarabağ adlandırdığını soruşub. Spiker isə cavabında bu ərazidə yaşayan ermənilərin Ermənistanda da “qarabağlılar” adlandırıldığını bildirib.

Simonyan həmçinin hər hansı erməni şəhərinin adını çəkdikdə başqa ölkənin vətəndaşının Azərbaycan toponimindən istifadə etməsinə qarşı olduğunu söyləyib. O, bir siyasətçi olaraq bu məsələyə diqqətlə yanaşdığını qeyd edib. Spikerin sözləri ictimaiyyətdə müzakirələrə səbəb olub.

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Alen Simonyanın açıqlaması erməni cəmiyyətindəki ziddiyyəti göstərir:

“Qarabağ erməniləri ilə bugünkü Ermənistan cəmiyyəti arasında bir-birilərinə qarşı dözümsüzlük var. Onlar uzun müddət “Böyük Ermənistan” ideologiyası naminə bu ziddiyyət və münaqişəni gizlətməyə, görməməyə çalışsalar da, milli fəlsəfi-ideoloji doktrinalarının 44 günlük müharibədən sonra ciddi şəkildə zədələnməsi şübhəsizdir.

Qarabağ ermənilərini həmişə təhqir edən İrəvan erməniləri onları “türk motoru” (türk mühərriki), “Türkatsats hayi” (ermənilərin türk hibridi) və ya sadəcə olaraq “paxstakan” (gəlmə) adlandırıb və bu sözlərə təhqiramiz məna yükləyiblər. Onlar hələ də “şurtvata” sözünü işlədirlər.  Bu söz “xəyanətkar”, “fırıldaqçı” və “əclaf” mənalarını verir. Həmçinin “Qarabağ eşşəyi” deyilən başqa bir təhqir forması da var”.

Zaur Memmedov pol
Zaur Məmmədov

Politoloqun sözlərinə görə, onlar arasındakı işlədilən ifadələri Ermənistan küçələrində də sezmək mümkündür:

“İrəvan və başqa şəhərlərdə  küçələrdə gedərkən erməni dilində bu ifadəni eşidə bilərsiniz: “Hai es? O Qarabağlılar?”  (Sən ermənisən?! Yoxsa… Qarabağlısan?!

Beləliklə, spiker Alen Simonyan və Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ erməniləri ilə bağlı atdıqları addımlar ölkədə milli səviyyədə daxili revanşizmin göstəricisidir. Bundan sonra da hər iki toplum arasında ziddiyyət davam edəcək və qisas hissi digərlərinin siyasi proseslərdəki əsas hədəfi olacaq”.

Turan Rzayev
Globalinfo.az