Simonyandan separatçılara sillə kimi CAVAB: İrəvan-Xankəndi gərginliyi artır

“Bu bəyanatın mənası bizim üçün anlaşılmazdır, danışıqlara nə alternativiniz var?”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağdakı separatçıların nümayəndəsinin Vaşinqtondakı danışıqları dayandırması çağırışına münasibətdə deyib.

“Tələsik açıqlama yaymaqdansa, dayanıb bunun nəticələri barədə düşünmək lazımdır. Əgər heç nəyi qəbul etmirlərsə, o zaman gedib Bakı ilə özləri görüşüb danışsınlar. Biz heç kimi məcbur etmirik. Onlara dəstək olduğunu demişik, qalanını isə özləri Bakı ilə danışıb müzakirə etməlidirlər”-deyə, o bildirib.

Simonyan rus sülhməramlılarının bölgədəki fəaliyyətini isə uğursuz adlandırıb.

Qeyd edək ki, separatçılar Ermənistan və Rusiya rəhbərliyinə müraciət edərək Vaşinqtonda XİN başçıları arasında keçirilən görüşü dayandırmağa çağırmışdı.

Ayşən Mustafa
Globalinfo.az