Ermənistan parlamentinin sədri: “Qarabağdakılar bilirdi ki…”

“Qarabağdakıların Bakının şərtlərinə razı olmaları ilə bağlı bəyanatları bizimlə razılaşdırılmayıb, təsdiqlənməyib, heç məsləhət də verməmişik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan deyib.

“Baş nazirin də bildiridiyi kimi bizim üçün yeganə narahatedici məsələ ərazidə Ermənistan silahlılarının olmasına dair qeyd idi. Qarabağdakılar bildirdilər ki, Azərbaycan onların “seçki prosesi”dən narazıdırlar, qəbul etmirlər. Bu gün müxalifətin bizi günahlandırması əbəsdir.Hamısı üçüncü ölkələrin işidir. Vətəndaşlarımızı bu ölkələrin təxribatına uymamağa çağırıram. Onların maraqları Ermənistanın maraqlarına uyğun deyil”-deyə, Simonyan bildirib.

Əliyar Xəlil 
Globalinfo.az