Ermənistanın gerbi və himni dəyişdirilməlidir, çünki… – Simonyan

“Ermənistanın himni gec-tez dəyişdirilməlidir”.

Globalinfo.az xəbər verir ki, bu fikirlə Ermənistan Milli Asambleyasının spikeri Alen Simonyan çıxış edib.

Spiker hazırkı himn və gerbin erməni milli dəyərlərinə uyğun olmadığını bildirib:

“Himnimiz dəyişdirilməli, erməniləşdirilməlidir. Himn dövlətimizi, erməni musiqisini özündə əks etdirməli, qaydalara uyğun olmalıdır. Onun başqa bir məşhur mahnı ilə əvəzlənməli olduğunu iddia etmirəm. Lakin xarici dəyərlərə söykənən bu musiqi mütləq dəyişdirilməlidir.

Hətta gerbimizin də dəyişdirilməsinin müzakirə edilməli olduğunu düşünürəm. Gerbimizdə Ermənistanı qoruyan qılıncda zəncir var. O qılınc zəncirlənə bilməz. Həmçinin ölkənin dalğaların altında qaldığı, sulara qərq olunduğu görünür. Bu da yolverilməzdir”.

Ayşən Mustafa
Globalinfo.az