“Yaxın vaxtlarda İran Prezidenti İbrahim Rəisinin Ermənistana səfəri nəzərdə tutulmuşdu”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Spiker İran prezidentinin səfərinin Ermənistan üçün vacib olduğunu bildirib:
“Faciəyə görə çox təəssüflənirik. Bu, çox kədərli hadisədir, həm İran prezidenti, həm də xarici işlər naziri ilə görüşmək şərəfinə nail olmuşam. Onlar ölkəmiz və regionumuz üçün çoxlu işlər görüblər. Həqiqətən, çox kədərlidir, bu gözlənilməz və anlaşılmaz hadisə ilə bağlı dost ölkənin xalqına başsağlığı verirəm”.
Ayşən Mustafa
Globalinfo.az