Simonyan erməniləri ifşa etdi: Azərbaycanlılarla yaşamırsınız?!

“Vaxt gələcək, azərbaycanlılarla yanaşı yaşayacağıq” deməyimlə bağlı təhqirlərin yazıldığını gördüm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O, iki xalq arasında sülhdən başqa yolun olmadığını bildirib və azərbaycanlılarla kimin yaşamaq istəmədiyini öyrəndiyini deyib:

“Çıxışımla bağlı paylaşımlara yazılan şərhlərə baxdım. Kimdir azərbaycanlılarla birgə yaşamağa qarşı çıxanlar?! Onların bir qismi Rusiyada yaşayanlar, orada öz işlərini quranlar idi. Hətta fikrimin ermənilər üçün qəbuledilməz olduğunu dedikləri sözləri belə rus dilində yazmışdılar. Bir qismi ABŞ-da dinc şəkildə yaşayanlar idi, lakin vətənpərvərlikdən danışırdılar. Stavrapolda yaşayan erməni gənci bu məsələyə qəzəblənib, profilində silah fotosu yerləşdirir. Mən sülhün təmin olunması üçün əlimdən gələni edəcəyəm ki, onlar da ölkələrinə qayıdıb yaşaya bilsinlər”.

Ayşən Mustafa
Globalinfo.az