Sikorskidən Rusiya ANONSU: “Putin onları anlamır, cəmi bir-iki il sonra…”

“Rusiya iqtisadiyyatı 1-2 il sonra müharibə və sanksiyaların yükü altında dağılmağa başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski BBC-yə müsahibəsində deyib.

“Vladimir Putin demokratiyanın psixologiyasını anlamır. O düşünür ki, bizi bu sərtliklə qorxuda bilər, lakin bunun bizim ictimaiyyətin məqsədyönlülüyünü gücləndirdiyini başa düşmür. Ukrayna ciddi hərbi dəstək alır. Hazırda məbləğ 30 milyard dollardır, bunun üstünə Rusiyanın aktivlərindən gələcək faizləri və öz büdcəsini də əlavə edin. Məncə, Rusiya iqtisadiyyatı 1-2 il sonra dağılmağa başlayacaq. Biz sadəcə seçdiyimiz kursu davam etdirməliyik. Hazırda resurslarımız Rusiyadan 20 dəfə çoxdur və Rusiyanın pulu yoxdur” – deyə o bildirib.