2023 11 15T220456Z 2083042004 RC2SD4AAAPOO RTRMADP 3 USA SHUTDOWN pic4 zoom 1500x1500 48558

ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası Moskvanın təhlükəsizlik sahəsində diplomatik təkliflərini rədd edərək, Ukraynada münaqişənin qarşısını almaqdan faktiki olaraq imtina edib”.

Globalinfo.az xəbər verir ki, bunu Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.

“2022-ci ilin yanvarında bu müharibənin qarşısını almaq olardı. 2021-ci ilin dekabrında Rusiya tərəfi ABŞ-a NATO-nu genişləndirməkdən imtinanı nəzərdə tutan təhlükəsizlik sazişi təklif etdi. Lakin o vaxtkı administrasiya Moskvanı dinləmək istəmədi”, – deyə o bildiribş

Qeyd edək ki, Rusiya və Ukrayna iyulun 23-25-də Türkiyədə baş tutacaq yeni danışıqlara hazırlaşır. Kiyev məhbus mübadiləsi, evakuasiya edilmiş uşaqların geri qaytarılması və liderlər səviyyəsində mümkün görüşü müzakirə etməyə ümid edir. Moskva tərəflərin mövqelərində ciddi fikir ayrılıqlarının olduğunu deyir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: