owl detail 620 6242def6f83ba7ec5f6679fbaa7edec9

Rusiya və Ukrayna nümayəndə heyətləri münaqişənin nizamlanması ilə bağlı danışıqlar zamanı rus dilində ünsiyyət qurublar.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Aleksandr Yunaşev “Telegram” kanalında mənbəyə istinadən məlumat yayıb.

Jurnalistin sözlərinə görə, nümayəndə heyətlərindən birinə yaxın mənbə Rusiya və Ukrayna təmsilçilərinin danışıqlar zamanı rus dilində danışdıqlarını bildirib.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilir. Görüşlərə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner vasitəçilik edirlər.

Ukrayna nümayəndə heyətinə Rustem Umerov, Rusiya nümayəndə heyətinə isə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Danışıqlarda əsas diqqət hərbi əməliyyatların dayandırılması, müharibədən sonrakı təhlükəsizlik təminatları və münaqişənin nizamlanması məsələlərinə yönəlib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: