
ABŞ-ın dövlət katibi Marko Rubio Vaşinqtonun vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən Rusiya-Ukrayna sülh danışıqlarını yüksək qiymətləndirərək onları “çox məhsuldar” adlandırıb.
Globalinfo.az xəbər verir ki, Rubio danışıqların nəticələrini şərh edərkən bu fikirləri səsləndirib.
Dövlət katibinin sözlərinə görə, ABŞ davamlı sülh nizamlanmasına nail olmaq üçün Avropa tərəfdaşlarının da gələcəkdə üçtərəfli danışıqlara qoşulmasının vacib olduğunu düşünür.
Rubio vurğulayıb ki, Avropa ölkələrinin prosesdə iştirakı münaqişənin uzunmüddətli həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Əliyar Xəlil,