bayden ve tramp

ABŞ Prezidenti Donald Tramp sabiq prezident Co Baydenə siyasətdən kənarda yaxşı dost ola biləcəklərini deyib.

Globalinfo.az xəbər verir ki, Co Bayden bu barədə “Promise Me, America” adlı memuarında yazıb.

Baydenin sözlərinə görə, 2024-cü il prezident seçkilərindən sonra Ağ Evdə baş tutan görüş zamanı Donald Tramp ona gözlənilməz etiraf edib.

“Bilirsən, Co, siyasət olmasaydı, düşünürəm ki, biz yaxşı dost ola bilərdik”, – Tramp keçmiş prezidentə deyib.

Bayden bildirib ki, Trampın bu qədər mehriban davranması onu təəccübləndirib.

ABŞ-ın keçmiş liderinin sözlərinə görə, Tramp söhbət zamanı onun iş yerlərinin yaradılması sahəsindəki nəticələrini yüksək qiymətləndirib və seçkilərdə rəqabət aparmaq məcburiyyətində qalmadığına sevindiyini söyləyib.

Baydenin qeyd etdiyinə görə, əvvəlcə 30 dəqiqə davam etməsi planlaşdırılan görüş təxminən iki saat çəkib. O, bu müddətdə Trampla Ukraynadakı müharibə, NATO-Rusiya münasibətləri, Yaxın Şərqdəki vəziyyət və Çinə dair siyasət də daxil olmaqla beynəlxalq məsələləri müzakirə etməyə çalışıb.

Baydenin müşahidəsinə əsasən, Tramp qlobal problemlərdən daha çox, dünya liderlərinin şəxsi keyfiyyətləri ilə maraqlanıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: