Sərkisyan 2018-ci ildəki planından danışdı – Qarabağ…

“Mən prezidentlikdən getdikdən sonra (2018) Qarabağ məsələsinə görə baş nazir olmaq istədiyimi açıqlamışdım, çünki faciənin (İkinci Qarabağ müharibəsinin – red.) yaxınlaşdığını görə bilirdim”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti, bir müddət baş nazir səlahiyyətlərini icra etmiş Serj Sərkisyan deyib.

O, sərhəddə genişmiqyaslı müharibənin olacağı ilə bağlı iddialara münasibət bildirib.

“Müəyyən hərbi əməliyyatlar ola bilər. Ordumuzun hazırkı imkanlarından xəbərsizəm, lakin müharibə aparmaq üçün iradə olmadığı göz önünüədir.

Sərhəddə atışma oldu, biz qarşı tərəfin tələblərinə uyğun olaraq rəsmi açıqlama verdik ki, günahkar cəzasını tapacaq. Belə olan halda əsgərimizin döyüşmək, müqavimət göstərmək həvəsi qalmayacaq. Onlarda ruh düşkünlüyü var. Ordunun vəziyyəti heç yaxşı deyil”, – Sərkisyan qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az