Polşa Rusiyadan gələn təhlükə fonunda şərq sərhədində dron əleyhinə möhkəmləndirmə işlərini iki il ərzində tamamlayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, sistemin ilk elementləri 6 ay sonra hazır olacaq. Tamamilə qurulma isə 24 aya başa çatacaq. Yeni infrastruktur artıq mövcud müdafiə xəttinə inteqrasiya olunur.
Sistemə pulemyotlar, artilleriya, HHM sistemləri, raket və dron əleyhinə radioelektron komplekslər daxildir.
Layihə hökumətə 2 milyard avrodan baha başa gələcək. Əsas maliyyələşmə SAFE proqramı çərçivəsində Aİ-nin fondlarından həyata keçiriləcək, digər hissə isə Polşanın büdcəsindən ödəniləcək.
Bununla bərabər Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə sərhədlər də möhkəmləndirilir.
Aysel Əliyeva
Globalinfo.az