SEPAH-ın polkovniki İran-Pakistan sərhədi yaxınlığında öldürüldü – FOTO

İran-Pakistan sərhədi yaxınlığında SEPAH zabiti öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Hüseynəli Cavidanfər Pakistanla sərhədə yaxın ərazidə silahlıların hücumu nəticəsində həlak olub. O, Xaş-Zahidan yolunda silahlılar tərəfindən güllələnərək öldürülüb.

İRNA həmçinin bildirib ki, hücumu törədənlərin müəyyən edilməsi üçün tədbirlər görülür.

Globalinfo.az