upload 2026 09 18T223037Z 261393634 RC2XLNAV9L03 RTRMADP 3 NORTNKOREA POLITICS pic 32ratio 900x600 900x600 75350

Şimali Koreya (KXDR) lideri Kim Çen İn dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını ölkənin prioritet vəzifəsi elan edib.

Globalinfo.Az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Pxenyanda Koreya Xalq Ordusunun bölük komandirlərinin iclasında çıxış edən KXDR rəhbəri bölüklərin elit döyüş hissələrinə çevrilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, ölkənin əsas hədəfi dünyanın ən güclü silahlı qüvvələrini formalaşdırmaqdır.

Xatırladaq ki, avqust ayında Şimali Koreyanın müdafiə naziri No Qvan Çol vəzifəsindən azad edilərək yerinə Kim Son Qi təyin olunub.

Paylaş: