Salyanda ağır qəza: 8 nəfər… – YENİLƏNİB

Salyanda mikroavtobus aşıb: Yaralıların adları açıqlandı – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 

Bu gün, saat 12:30 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən kecən 45-ci kilometirliyində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədəBaş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis leytenantı Elvin Hacıyev məlumat verib.

Neftçala rayon sakini Abdulla Əsgərovun Salyan-Şirvan marşrut xətti üzrə idarə etdiyi “Mercedes-Benz” markalı, 99-SK-685 dövlət qeydiyyat nişanlı mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb, altı nəfər sərnişinə isə ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***15:17

Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.

Globalinfo.az bildirir ki, bunlar Salyan sakini, 1964-cü il təvəllüdlü Əsgərov İlqar Dursun oğlu, 2006-cı il təvəllüdlü Əsədova Aysun Elmir qızı, 1960-cı il təvəllüdlü Əzizov Telman Sabir oğlu, 1950-ci il təvəllüdlü Rəhimova Qönçə Habil qızı, 1951-ci il təvəllüdlü Mehdiyeva Südabə Allahverən qızı, 1969-cu il təvəllüdlü Qarayeva Nigar Məzahim qızı, 1957-ci il təvəllüdlü Əliyeva Qətibə Seyfulla qızı və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Əsgərova Aysel Valeh qızıdır.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.