Təhsil Nazirliyindən yataqxanadakı yanğınla bağlı AÇIQLAMA: kollecin rəhbəri hadisə yerində – FOTO

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib. FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub.

Globalinfo.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, nazirliyin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər.

Qeyd edilib ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar.

Globalinfo.az