Şahbuz rayonu Daylaqlı kənd ərazisində sursat aşkar edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar nazirliyin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə yerinə cəlb edilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 82 mm-lik minaatan mərmisi olduğu müəyyən olunub.

Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

HFQZoKwFw1YucHm7ISg4lHHUXiOvlSQqLCp2FXJk 640 8AJVes2wz26uIyqtW3JtU99TH0FT532HvskYOeyq 640

Paylaş: