Sabah bu prospektdə tıxac ola bilər

01d8c678 e244 3882 85b6 7e87033cb60e 850

Aprelin 20-də Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində (“Koroğlu” metro stansiyası istiqamətində “Çermet” körpüsündən tünelin girişinə qədər olan hissədə) təmir işləri aparılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə AAYDA-nın məlumatında yer alıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.