“Sabah” – “Beşiktaş” oyununda altıncı qol – YENİLƏNİB

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

Globalinfo.az xəbər verir ki, 60-ci dəqiqədə Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib – 3:3.

70-ci dəqiqədə Davit Volkov fərqlənib.

***

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

Globalinfo.az xəbər verir ki, 63-cü dəqiqədə İstanbul təmsilçisi hesabda önə keçib – 3:2.

Cenk Tosun penaltini dəqiq yerinə yetirib.

***

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

Globalinfo.az xəbər verir ki, 44-cü dəqiqədə İstanbul təmsilçisi hesabı bərabərləşdirib – 2:2.

Umut Meraş özünün və komandasının ikinci qoluna imza atıb. 41-ci dəqiqədə “Sabah”ın heyətində Coy Lens Mikels penaltidən yararlana bilməyib.

Görüşdə ilk hissə başa çatıb.

***

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

Globalinfo.az xəbər verir ki, 23-cü dəqiqədə İstanbul təmsilçisi fərqi azaldıb.

23-cü dəqiqədə Umut Meraş fərqlənib.

Hazırda “Sabah” öndədir – 2:1.

***

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında baş tutan xeyriyyə oyununda erkən qollar vurulub.

Globalinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib.

3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib.

***18:03

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında xeyriyyə oyunu başlayıb.

Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 18:00-da start götürüb.

Matçı FIFA referisi Tural Qurbanov idarə edir.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.