Məlum olduğu kimi, ötən gün “Barselona” klubu UEFA Çempionlar Liqasında “Sabah”la qarşılaşmaq üçün Bakıya gəlib. Diqqətçəkən məqam “Barsa”nın ulduzu Lamin Yamal paytaxtımıza gələn heytərdə yer almamasıdır.
Yamalın meydanda olmaması komandamıza üstünlük qazandıra bilərmi? Ümumiyyətlə, “Sabah”ın “Barselona”dan xal alması mümkündürmü?
Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyevin fikrincə, Lamin Yamalın Bakıya gəlməməsinin “Barselona”nın gücündə hər hansı enişə səbəb olacağı inandırıcı deyil:
“Yəni “Barselona” Lamin Yamalsız da güclü komandadır və onun heyətində Kubarsi, Şesni, Pedri, Qordon, Rafinya kimi ulduzlar var. Ona görə də düşünürəm ki, Lamin Yamalın gəlməməsinin nəticə baxımından oyuna hər hansı təsiri olmayacaq.
Sadəcə azarkeşlər üzüləcəklər, çünki belə bir ulduzu Bakıda görmək istəyirdilər, amma bu, baş tutmadı. Düşünürəm ki, bu oyunda nəticə çox böyük ehtimalla “Barselona”nın xeyrinə olacaq. Böyük hesabla da ola bilər, amma bundan üzülmək lazım deyil. “Barselona” çox güclü komandadır və onun hətta böyük hesabla qalib gəlməsi belə normal qarşılanmalıdır. Çünki “Sabah” debütantdır, yeni komandadır. Həm klub olaraq gəncdir, həm də bu yarışda debüt edir. Nəticəni normal qarşılamaq lazımdır”.
Xatırladaq ki, Liqa mərhələsinin V turunun “Sabah” – “Barselona” matçı noyabrın 25-də, saat 21:45-də start götürəcək.
Zaira Akifqızı
Globalinfo.az