Rusiya ordusu Kursk vilayətində 2 yaşayış məntəqəsini azad edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əhməd” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov Teleqram kanalında bildirib.
Məlumata görə, əməliyyatlar zamanı Nijnaya Parovaya və Neçayev yaşayış məntəqələri ələ keçirilib.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib.