Rusiyanın Ukraynadakı müharibədə itkiləri: son gündə 480 hərbçi ölüb – Yenilənmiş SİYAHI / FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 245 700 hərbçisi məhv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 205 tank, 8 178  zirehli maşın, 4 795 artilleriya sistemi, 698 reaktiv yaylım atəşi sistemi, 459 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 311 helikopter, 4011 PUA, 1 347 qanadlı raket, 18 gəmi/qayıq, 7 275 avtomobil texnikası və avtosistern, 711 xüsusi texnikadan ibarətdir.

Ötən gün ərzində Rusiya ordusunun daha 480 hərbçisini məhv edib.