Krımla bağlı məxfi plan: Ukraynadan iddialara cavab gəldi

“Rusiya Federasiyası Krıma qanunsuz sualtı tunel tikdiyini gizlədə bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk deyib.

Onun sözlərinə görə, hətta inkişaf etmiş ölkələrdə belə bu layihələrin inşası bir neçə il çəkir:

“Həmin tunelin tikintisi böyük maliyyə tələb edir. Belə irimiqyaslı layihələri gizlətmək mümkün deyil. Heç peyk görüntülərindən istifadə etməyə də ehtiyac yoxdur”.

Qeyd edək ki, rus və çinli iş adamlarının Rusiyanı Krımla birləşdirəcək sualtı tunelin tikintisi barədə gizli müzakirələr apardıqları iddia edilir.

Safura Bənnayeva
Globalinfo.az