Saakaşvilinin xəstəxanadan yeni görüntüləri – VİDEO

Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvilinin müalicə aldığı klinikadan yeni görüntüləri paylaşılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, müşahidə kameraları vasitəsilə çəkilmiş kadrlarda sabiq Prezidentin halının pisləşdiyi, hərəkət etməyə çətinlik çəkdiyi və müvazinətini itirərək yıxıldığı əks olunur. Kadrların ötən il oktyabrın 6-da çəkildiyi qeyd olunub.

Saakaşvilinin vəkilləri və yaxınları onun səhhətinin hər gün daha da pisləşdiyini bildirirlər.