BMT-nin Baş katibi Antonio Quterreş 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 iqlim konfransının yekunları üzrə qəbul edilmiş razılaşmaları yerinə yetirməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bunu Quterreş COP31 liderlər sammitində çıxışı zamanı bildirib.
“İnkişaf etmiş ölkələr 2035-ci ilə qədər ildə ən azı 300 milyard dollar məbləğində maliyyələşdirmənin təmin edilməsində aparıcı rol oynamalı, həmin müddətə qədər adaptasiyanın maliyyələşdirilməsini ən azı üç dəfə artırmaq üçün aydın aralıq hədəfləri olan konkret planlar təqdim etməlidirlər”, – o bildirib.