Rusiya ABŞ-ın Ukraynaya silah tədarükünü bərpa etməsinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.
“Belə addımların nəticələrini qiymətləndirmək lazımdır”, – deyə o bildirib.
Zaxarova əlavə edib ki, Kiyevi silahlandırmaq münaqişənin sülh yolu ilə həllinə kömək etmir:
“Avrobürokratlar ukraynalıların və sadə avropalıların rifahını düşünmədən Ukraynada eskalasiya xəttini davam etdirirlər”.
Qeyd edək ki, iyulun 8-də ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenskiyə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün dərhal on raket ötürəcəyi bəlli olub.
Əliyar Xəlil
Globalinfo.az