Rusiyada nazir qəzaya düşdü – VİDEO

Rusiyanın Başqırdıstan Respublikasının səhiyyə naziri Ayrat Raxmatullinin olduğu avtomobil qəzaya düşüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, nazirin olduğu “Toyota Kamri” avtomobili ötmə əməliyyatını həyata keçirmək istəyib. Lakin sürücü çovğun səbəbindən qarşıdan gələn “Lada Larqus”u görməyib və toqquşma olub.

Qəza nəticəsində Raxmatullinin körpücük sümüyü sınıb və qapalı kəllə-beyin travması alıb. Nazir və köməkçisi xəstəxanaya yerləşdirilib.