“Hökumətdə oturan dəccalı devirmək istəyirik, hara getsə, fəlakəti də özü ilə aparır”.
Globalinfo.az xəbər verir ki, bunu “Vətən üçün Tavuş” hərəkatının rəhbəri keşiş Baqrat Qalstanyan deyib.
Baqrat Paşinyanın diqqət yetirdiyi hər məsələnin mənfi nəticəsinin olduğunu bildirib:
“Vardenisə getdi, əsgərlərlə birlikdə rəqs etdi, oradan ayrıldıqdan sonra hamısı yataqxanada yanıb kül oldu. “TikTok”da masaya təsadüfən su tökdü, qısa müddət sonra Alaverdi və Tavuşu sel basdı. O adam cadugər və şeytandır. Bu kimi insanlar evlərinə sehrbazları, cadugərləri, kağızla oynayan qara insanları çağırırlar”.
Ayşən Mustafa
Globalinfo.az