626a1eff a0a7 43ea b025 039fa76c26f9

Culfa rayonunda üç avtomobilin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb, 2022-ci il təvəllüdlü Səid Səlim oğlu Quliyev isə həyatını itirib.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Paylaş: