Ukraynanın enerji obyektlərinə zərbə endirildi: ölənlər var – VİDEO

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya kütləvi raket hücumu nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Oliksey Kuleba məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində azı 3 nəfər itkin düşüb. Qeyd olunub ki, həmçinin mülki evlərə də ziyan dəyib.

Xatırladaq ki, ötən gecə Ukraynanın regionlarına – Odessa, İvano-Frankivsk, Lvov, Dnepropetrovsk, Xarkov, Zaporijjya, Kirovohrad, Xmelnitski, Vinnitsa və Sumi vilayətlərinə 150-dən çox raket atılıb. Ölkənin bəzi yerlərində elektrik enerjisi kəsilib.

***10:22

Martın 22-nə keçən gecə və bu gün səhər Rusiya hərbçiləri Ukraynanın enerji obyektlərinə kütləvi hücum həyata keçirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, zərbələr Xarkov, Vinnitsa, Sumı, Lvov, Zaporojye və Dnepropetrovsk vilayətlərindəki hədəflərə endirilib.

Zərbələrin daha çox pilotsuz uçuş aparatları, “İskəndər”, “Kinjal”, o cümlədən “X-101” raketlərindən istifadə edilməklə həyata keçirildiyi vurğulanır.

Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, bu, Ukraynanın enerji sektoruna son illərdə ən böyük hücumdur. Onun sözlərinə görə, hücumlar nəticəsində müxtəlif ərazilərdə generasiya qurğuları, elektrik enerjisinin ötürülməsi və paylanması sistemləri sıradan çıxıb. Ölkədə elektrik enerjisi və internetin verilişində fasilələr yaranıb.

Nazir hazırda energetiklərin elektrik enerjisinin bərpası üzərində işlədiklərini bildirib.

Bir sıra zərbələr nəticəsində Dnepr Su Elektrik Stansiyasına ciddi ziyan dəyib. Həmçinin, hərbi müxbirlərin verdiyi məlumata görə, Vinnitsa vilayətində Ladıjenskaya Dövlət Elektrik Stansiyası və Xarkov vilayətində Zmiyevskaya Dövlət Dairə Elektrik Stansiyası və vurulub. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına zərbələr endirilib.

Hələlik rəsmi məlumat yoxdur.