
Ermənistan Daxili İşlər Nazirliyinin polis patrulları keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyanı İrəvanda saxlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
İddia olunur ki, Şahramanyanın maşınını mühafizəçilər kortejlə müşayiət ediblər. Patrullar maşını saxlayaraq separatçı “lideri”ə kortejlə hərəkət hüququnun olmadığını deyiblər.
Məlumata görə, Şahramanyan barəsində protokol tərtib edilməyib, sadəcə, xəbərdarlıq olunub.
Qeyd edək ki, qanunla Ermənistan dövlətinin himayəsində olan rəsmi şəxslər kortejlə gəzmək hüququna malikdirlər. Baş nazir Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan, ölkə prezidenti, xarici işlər naziri kimi vəzifəlilər bu siyahıya daxildir.
Ayşən Mustafa
Globalinfo.az