Rusiya Müdafiə Nazirliyi “Mi-28″in Kursk vilayətində döyüş tapşırıqlarını icra etməsinin görüntülərini yayıb.
Globalinfo.az xəbər verir ki, düşmən hədəflərinə zərbə aviasiya raketləri ilə endirilib.
“Mi-28″ helikopterində olan aviasiya heyəti Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna ordusunun canlı qüvvəsi və zirehli texnikasına hava zərbəsi endirib. Aviasiya silahlarından istifadə edildikdən sonra ekipaj uçuş yerinə qayıdıb. Kəşfiyyat məlumatlarına görə, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti və zirehli texnikası uğurla məhv edilib”, – deyə Müdafiə Nazirliyi vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az