Rusiya sülhməramlıları Qarabağda bu yolu bağladılar

Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyublar.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.

Hazırda içərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.