NSF 2025 08 20 18 14 08 653 1170x655 1

Rusiya bu gün saat 17:13-də Baykonur kosmodromundan “Soyuz-2-1b” raketi ilə “Bion-M No.2” bioloji peykini orbitə buraxıb.

Globalinfo.az-ın məlumatına görə, 1973-cü ildən davam edən “Bion” proqramı canlı orqanizmlərə mikroqravitasiya və kosmik radiasiyanın təsirlərini öyrənməyi hədəfləyir.

Yeni peyk heyvan və bitkilər üzərində geniş tədqiqat aparacaq, həmçinin radiasiya yükünü qeydə alan xüsusi cihazlarla təchiz edilib.

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: