rusiya nato mwharibsi

Tbilisi meri Kaxa Kaladze bildirib ki, NATO həm Gürcüstanı, həm də Ukraynanı üzvlüklə bağlı aldadıb.

“Bu illər ərzində GürcüstanUkrayna kimi ölkələrə NATO-nun qapılarının açıq olduğu deyilirdi. Əslində isə hamımız başa düşürük ki, reallıq tam başqadır”, – Kaladze qeyd edib.

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Kaladze bu fikirləri son illərdə baş verən proseslərə və təmsil olunduğu partiyanın yüksək vəzifəli nümayəndələrinin mövqeyinə əsaslanaraq səsləndirir:

“Yəni bu, təkcə onun şəxsi qənaəti deyil. Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü məsələsi vaxtaşırı müzakirə olunsa da, bunun reallaşmayacağı artıq bəllidir. Soyuq müharibə başa çatdıqdan sonra bir sıra keçmiş sosialist ölkələri NATO-ya qəbul edildi. Lakin həmin ölkələrin coğrafiyasına baxdıqda görürük ki, bunlar əsasən Baltikyanı və Şərqi Avropa dövlətləridir. UkraynaGürcüstan məsələsinin gündəmə gətirilməsi isə NATO-nun daha da şərqə doğru genişlənməsi anlamına gəlir”.

K.Kazımov deyib ki, əslində, NATO-nun bu qədər genişlənmək niyyəti yoxdur:

“Alyansın daha çox tərəfdaşlıq və əməkdaşlıq formatını inkişaf etdirməkdə maraqlı olduğunu söyləmək olar. Ukrayna və Gürcüstanda NATO üzvlüyü mövzusu isə daha çox siyasi partiyaların təbliğat vasitəsinə çevrilib. Bu səbəbdən də cəmiyyətdə belə bir fikir formalaşıb ki, guya NATO da bu üzvlüyə hazırdır. Halbuki vəziyyət belə deyil. Alyansın indiyədək Gürcüstan və Ukraynanın üzvlüyü ilə bağlı konkret strateji qərar və ya yol xəritəsi açıqlamayıb.

Burada ilk növbədə dövlətlər öz milli təhlükəsizlik maraqlarını nəzərə almalıdırlar. Keçmiş sosialist ölkələrinin NATO-ya qəbul edilməsi Gürcüstan və Ukraynanın da mütləq üzv olacağı anlamına gəlmirdi. Təəssüf ki, bu yanaşma hər iki ölkə üçün də gözlənilən nəticəni vermədi”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: